Neftin qiyməti bahalaşıb

Buna səbəb ABŞ-da işsizliyin səviyyəsinin azalmasıdır

Bu gün dünya bazarlarında neftin qiyməti qalxıb. ANS PRESS "RİA Novosti"yə istinadən bildirir ki, birjalarda ticarətin dünənki yekunlarına görə, ABŞ-da işsizliyin azalması ilə bağlı xəbərlərin fonunda dünya bazarında "qara qızıl" bahalaşıb.
Belə ki, London birjasında "Brent Crude Oil" markalı neftin bir barelinin iyun fyuçerslərinin qiyməti 2.90 dollar qalxaraq 102.85 dollar olub.
ABŞ-ın NİMEX birjasında yüngül neft markası olan WTI-ın bir barelini iyun fyuçerslərinin qiyməti isə 2.96 dollar artaraq 93.99 dollar təşkil edib.
Qeyd edək ki, dünən ABŞ-ın əmək naziri bildirib ki, aprelin 27-də tamamlanan həftə ərzində ölkədə işsizliyə müavinətlə bağlı ilkin müraciətlərin sayı azalıb. Ekspertlər bunun son beş ildə ən aşağı səviyyə olduğunu deyirlər. Analitiklər isə müraciətlərin sayı ilə bağlı göstəricinin artacağını gözləyirdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31