Çin kompüter bazarını işğal edib VIDEO
Ötən il 66 milyon ədəd kompüter tədarükü ilə lider olmuş Amerika Birləşmiş Ştatlarını geridə qoyub
2 May 2013 18:47 İqtisadiyyatÇin kompüter idxalını 69 milyona çatdırmaqla dünyanın ən böyük fərdi kompüter bazarına çevrilib. Bununla da ötən il 66 milyon ədəd kompüter tədarükü ilə lider olmuş Amerika Birləşmiş Ştatlarını geridə qoyub. Analitiklər Çinin fərdi kompüter bazarında liderliyi ələ almasını bir neçə səbəblə izah edirlər. Onlar bildirirlər ki, indiyədək məhz ABŞ dünyada yeni kompüterlərin ən böyük bazarı olub, lakin hazırda qərb bazarlarında istifadəçilər daha çox "smartfon" və "planşetlərə" üstünlük verirlər. Halbuki Çində ucuz fərdi kompüter modellərinə sabit tələbat var. Bununla belə Çində yeni fərdi kompüterlərin və noutbukların satış həcmi təxminən eyni səviyyədədir. Avropa bazarlarında isə fərdi kompüterlərə maraq azalıb. Əksinə yeni kompüter modellərinə və noutbuklara tələbəat artır.
Qeyd edək ki, 2 milyarda yaxın əhalisi olan Çin 500 milyondan çox internet istifadəçisi ilə həm də dünyanın ən böyük milli internet auditoriyasına malikdir.