Nə paltar, nə də maşın almayın

Çünki geyim və avtomobil bahalaşıb

May ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 7,6 faiz ucuzlaşıb. Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 90,8 faiz təşkil edib.  Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 9,3 faiz ucuzlaşıb. May ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100,4 faiz təşkil etmişdir. Bu bölmədə istehsalçı qiymətləri maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 7,6 faiz, tikinti məmulatlarının istehsalı üzrə 3,2 faiz, toxuculuq sənayesi üzrə 2,4 faiz, maşın və avadanlıqların istehsalı üzrə 1,3 faiz, geyim istehsalı və avtomobil və qoşquların istehsalı üzrə 0,2 faiz, kağız və karton istehsalı, əczaçılıq məhsullarının istehsalı üzrə isə 0,1 faiz bahalaşıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31