Meloratorlar Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyindəki "Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti"-nin işçiləri bir aylıq əmək haqlarının 50%-ni işğal altındakı torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.

"OLAYLAR"-a Səhmdar Cəmiyyətdən bildirilib ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir.

Qarabağ Bizimdir, Qarabağ Azərbaycandır!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31