Neft azalır?
13 İyun 2012 14:40 İqtisadiyyat2012-ci ilin yanvar-may aylarında ölkənin sənaye sahələrində 15,0 milyard manatlıq məhsul istehsal olunub. Bu barədə Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə qeyri-neft sektorunda 8,8 faiz artım, neft sektorunda 5,1 faiz azalma müşahidə olunub. İstehsalın 77,5 faizi mədənçıxarma, 17,1 faizi emal, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib. Beş ay ərzində neft hasilatı 18,5 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 7,4 milyard kub-metr təşkil edib, qeyri-neft bölməsinin məhsullarından qida, toxuculuq, rezin və plastmas məhsullarının, tikinti materiallarının, hazır metal məmulatların, elektrik enerjisinin, mebel, kompüter və digər elektron və elektrik avadanlıqlarının, nəqliyyat vasitələrinin, maşın və avadanlıqların və s. məhsulların istehsalında daha çox artım əldə edilib.