İlham Əliyev bp-nin prezidenti ilə görüşüb

Danışıqlar zamanı uzunmüddətli uğurlu əməkdaşlığın mövcud olduğu bildirilərək əməkdaşlığımızın strateji xarakter daşımasından məmnunluq ifadə edilib

Prezident İlham Əliyev bu gün bp şirkətinin prezidenti Robert Dadlini qəbul edib. Görüşdə Azərbaycan ilə bp şirkəti arasında uzunmüddətli uğurlu əməkdaşlıqdan danışılıb. Bu əməkdaşlığın strateji xarakter daşımasından məmnunluq ifadə edilib.
bp şirkətinin prezidenti Robert Dadli "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda görülən işlər barədə dövlət başçısına məlumat verib.
Söhbət zamanı "Şahdəniz" yatağında işlərin uğurla həyata keçirildiyi vurğulanıb, əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31