Ölkədə çörək istehsalı 1,1 faiz artıb
2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda çörək istehsalı artıb.
19 Oktyabr 2020 12:23 İqtisadiyyat2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda çörək istehsalı artıb. "Olaylar" xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə ölkədə 1 057,3 min ton çörək istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,1% çoxdur. Təkcə sentyabr ayında ölkədə 119,7 min ton çörək istehsal olunub. Bu, avqust ayı ilə müqayisədə 3,1% və ya 3,6 ton çoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31