“Colin’s”: Rusiya bazarında reklamla irəlilədik
1 May 2013 18:17 İqtisadiyyatOlaylar İA xarici mətbuata istinadən xəbər verir ki, "Colin's"in icra katibi Yavuz Əroğlu 1994-cü ildə başlayan böhran zamanı Rusiya bazarına çıxdıqlarını və reklamla böyüdükləri bazarda 200-ə yaxın mağaza və 1500 nəfərə iş yeri açdıqlarını bildirib. Rusiya - Türkiyə Biznesmenləri Dərnəyinin İdarə Heyəti 37 ölkədə 600-dən çox mağazası olan "Colin's"in icra katibi Yavuz Əroğlu ilə görüşüb. Görüş zamanı Yavuz Əroğlu Rusiyada ən çox tanınan üç cins markalarından biri olmağının uğurunu və 19 illik Rusiya təcrübəsini qonaqlarla bölüşüb. "Əroğlu qardaşlar" adı altında 1970-ci ildə İstanbulda kiçik bir atelye kimi fəaliyyətə başladıqlarını bildirən Yavuz Əroğlu "1994-cü ildə Türkiyədə baş verən böhran bizi yeni bazarlar axtarmağa məcbur etdi. Biz də coğrafi olaraq bizə yaxın olan Rusiyanı seçdik" deyə bildirib.
"Sovet dövründə tanınan yalnız bir cins markası vardı. Yaxşı reklam kampaniyası həyata keçirərsək ikinci biz ola bilərik və Rusiyada brend olarıq düşündük. 3 ayda 1 milyon 350 min dollarlıq reklama pul xərclədik. Rusiyada hər yerdə bizim reklamımız vardı. 1998-ci ilə qədər 4 milyon dollar xərcləyərək hədəfimizə çatdıq" deyə vurğulayıb.