52 milyon manat kredit ayrılıb

"AtaBank" ASC tərəfindən bu günə qədər 52 milyon manat güzəştli kredit verilib. "OLAYLAR"-a daxil olan məlumata görə, bank bu günlərdə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Binəqədi rayonunun Biləcəri qəsəbəsində təşkil edilən " Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbirdə iştirak edib. Tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib. Ümumilikdə, 2013 il ərzində "AtaBank" ASC vasitəsilə sahibkarlıq subyektlərinə 2,362 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına təqribən 200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31