Neft Fondu hərracda nə qədər valyuta satıb?

 Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin sentyabr ayı ərzində 606,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin sentyabr ayı ərzində 606,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə məlumat "OLAYLAR"-a Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən verilib. Bildirilib ki, bu göstərici əvvəlki ayla müqayisədə çoxdur. Belə ki, bu ilin avqust ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 478,0 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31