Dəmiryolçuların hesabat-seçki konfransı keçiriləcək

Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi tədbirə qatılacaq

Aprelin 25-də saat 11.00-da Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin XXII hesabat-seçki Konfransı keçiriləcək. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, konfrans iştirakçıları səhər tezdən Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Ümumilikdə 59 nümayəndənin qatılacağı konfransın gündəliyinə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin 2005-ci ilin oktyabr ayından 2012-ci ilin aprel ayına qədər olan dövr üçün hesabatı (məruzəçi MHİRK-in sədri Fəzail Bağırov), Azərbaycan Dəmiryolçularının MHİRK-in Təftiş-Nəzarət komissiyasının hesabatı, Azərbaycan Dəmiryolçularının MHİRK-nə yerlərdən birbaşa seçilmiş Komitə üzvlərinin təsdiqi, Azərbaycan Dəmiryolçularının MHİRK-in rəhbər orqanlarının seçilməsi və MHİRK-in sədrinin və müavininin seçilməsi haqqında məsələlər salınıb. XXII Konfransın işində Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Gennadi Kosolapov, Rusiya Dəmiryolçularının və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Sergey Çernov, Gürcüstan Dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin sədri Hamlet Lomidze, Türkiyə Həmkarlar İttifaqları Komitəsinin maliyyə katibi, Türkiyə Dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin sədri Ergün Alatay, Türkiyə Dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin baş katibi Hüseyn Kaya, Türkiyə Dəmiryolçularının Həmkarlar İttifaqı Komitəsinin mövzuat katibi İsmayıl Bayqın iştirak edəcəklər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31