Özəl banklar vətəndaşların əmlakını əlindən alır
30 Aprel 2013 17:55 İqtisadiyyat"Son zamanlar özəl banklar vətəndaşları yüksək faizlər müqabilində girova çevirərək əmlakını əlindən alır". Bunu deyən millət vəkili Vahid Əhmədovun sözlərinə görə, bir sıra banklar ümumiyyətlə mərkəzləşdirilmiş bank sistemindən kənara çıxaraq əhalini talamaqla məşğuldur: "Bu banklar əhaliyə yüksək faizlərlə kredit verir, sonra bu kreditin ödənməsi ilə bağlı problemlər çıxanda vətəndaşın bütün əmlakını almağa cəhd edirlər". Deputatın fikrincə, bir neçə il bundan əvvəl bank kredit sistemi Mərkəzi Bankın nəzarəti ilə həyata keçirilirdi. V.Əhmədov Mərkəzi Bankı özəl bankların kredit siyasətinə müdaxilə etməyə çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31