Mayis Səfərli: "Iqtisadi Şuranın əsas məqsədı böhranlardan maksimum itkilərlə çıxış yolu aramaqdır"

"Insanların həyatına və sağlamlığına zərər vuran koronavirus həm qlobal, həm də milli iqtisadiyyatları iflic vəziyyətinə salmışdır. Pandemiya səbəbindən işindən -gücündən ayrı düşmüş, qazancından məhrum olmuş insanların, biznesin, iqtisadi subyektlərin itkilərini yüngülləşdirmək, minimuma endirmək üçün dövlətlər rezervlərindən gen -bol istifadə edirlər. Lakin ehtiyatlar bitməz-tükənməz deyil. Deməli, qarşıda bizi böyük böhran gözləyir - dərin və uzunmüddətli".

Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədrı Mayis Səfərlinin sözlərinə  görə, əslində, son illərdə dünya iqtisadiyyatında baş verən neqativ proseslər, dalğalanmalar, ticarət savaşları, dövlətlərin astronomik rəqəmlərlə ölçülən borcları yaxınlaşan qlobal böhrandan xəbər verirdi. Sadəcə, koronavirus onun gəlişini sürətləndirən katalizator oldu: "Hazırda dövlətlər postpandemiya dövründə gözlənilən böhrandan  mümkün qədər az itkilərlə çıxmaq üçün yollar arıyır, planlar qururlar.
    Bizim ölkəmizdə də bu istiqamətdə önəmli işlər aparılır. Prezidentin fərmanı ilə bu günlərdə yaradılmış İqtisadi Şuranın əsas hədəflərindən biri proqnozlaşdırılan böhranların mənfi təsirlərindən çıxış yollarını aparmaq və adekvat addımlar atmaqdır. Azərbaycan təbii resurslara malik ölkədir. İqtisadiyyatımızın əsasını neft - qaz sektoru təşkil edir. Deməli, böhrandan uğurla çıxmaq üçün bir çox dövlətlərə nisbətən biz daha geniş imkanlara malikik. Sözsüz ki, bu imkanlardan düzgün istifadə etmək, iqtisadiyyatımızı şaxələndirmək fəaliyyətimizin prioritetinə çevrilməlidir. Təcrübə göstərir ki, yeni iş yerlərinin yaradılması, biznesə qayğı, ölkəyə böyük investisiyaların cəlb edilməsi istənilən böhrandan çıxmaq üçün əsas istiqamətlərdir. 
   Ümidvaram ki, Azərbaycanda aparılan genişmiqyaslı islahatlar, o cümlədən, dayanıqlı və rəqabətə davamlı iqtisadiyyatın yaradılmasına hesablanan tədbirlərin həyata keçirilməsi, korrupsiyaya, iqtisadi cinayətlərə qarşı aparılan ciddi mübarizə pandemiyadan sonrakı dönəmdə istənilən çətinliklərə sinə gərməyə, makroiqtisadi sabitliyi təmin etməyə kömək edəcəkdir. Bunlar isə,öz növbəsində, vətəndaşlarımızın həyat səviyyəsinin və rifahının yaxşılaşdırılmasına xidmət edəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31