Sveta Rəfiyeva: “Müsbət dəyişikliklərə baxmayaraq sayıqlığımızı əldən verməməliyik”

“ Bəşəriyyəti sınaq qarşısında qoyan COVİD-19 infeksiyası Azərbaycandan da yan keçmədi. Dünya əhalisi üçün gözlənilməz olan bu bəlanın qarşısında Avropanın ən inkişaf etmiş ölkələri belə aciz qaldı.

" Bəşəriyyəti sınaq qarşısında qoyan COVİD-19 infeksiyası Azərbaycandan da yan keçmədi. Dünya əhalisi üçün gözlənilməz olan bu bəlanın qarşısında Avropanın ən inkişaf etmiş ölkələri belə aciz qaldı. Amansız xəstəlik yaşından, cinsindən, irqindən, maddi rifahından asılı olmayaraq çox canlara qıydı. Bütün dünya ölkələri kimi, Azərbaycan da bu bəla ilə mübarizəyə qoşuldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə vətəndaşlarının sağlamlığını qorumaq, infeksiyanın geniş miqyasda yayılaraq bu fəlakətin qloballaşmaması üçün bu işə köməyi dəyən, məhsuliyyəti olan bütün qurumları səfərbər etdi".

Bunu "Olaylar"a deyən Pediatrik Kardiologiya və Revmatalogiya İctimai Birliyinin sədri Sveta Rəfiyevanın sözlərinə görə, bu sahədə ölkə başçısının rəhbərliyi ilə aparılan səfərbərlik öz nəticələrini verdi: "Azərbaycan Respublikasının Prezidenti öz son çıxışında dediyi kimi pandemiya ilə əlaqədar görülən işlərə yüksək qiymət vermək olar. Ölənlərin və xəstəliyə yoluxanların sayının get-gedə azalmasında müsbət dinamika buna sübutdur. Xəstəliyin geniş vüsət almaması, karantin rejiminin, demək olar ki, aradan qaldırılması məhz çox düzgün atılmış addımların nəticəsidir. Amma, bütün bu müsbət dəyişikliklərə baxmayaraq sayıqlığımızı əldən verməməliyik. Ölkə rəhbəri qeyd etdiyi kimi, təhsil ocaqları, xidmət müəssisələri, hətta insanların davranışı belə artıq yeni qaydalar əsasında olmalıdır. Kütləvi toplantılar, qurultulu, çoxsaylı insanların iştiraki ilə gedən, israfçılığa səbəb olan el şənlikləri yolverilməzdir. Çünki bir çox ölkələrdə karantin rejiminin yumşalması və ləğvi xəstəliyin yeni dalğası təhlükəsini ortaya çıxarıb. Buna görə də bütün insanlar məhsuliyyətli olmalı və bəşəriyyəti öz qarşısında aciz qoyan bu xəstəliyə qarşı birlikdə mübarizə aparmalıdırlar".

Onun sözlərinə görə, ölkə rəhbərliyinin əsas məqsədi öz vətəndaşlarının sağlamlığının qayğısına qalmaqdır: "İnsanların sosial vəziyyəti xəstəliklə mübarizədə çox önəmlidir və dövlət bu sahədə çox tədbirlər görüb və görməkdə davam edir. İnsanların sağlamlığı və sosial təminatının dayanıqlı olması Prezidentinin daim nəzarətində olub, onun fəaliyyətinin əsas prioritetlərindən biridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31