Qeydiyyatda olan vergi ödəyicilərinin sayı 447 min 349-dur

Yanvar-may aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2 milyard 577 milyon 132,5 min manat təşkil edib. Nazirliyin mətbuat xidmətinin məlumatına görə vergi daxilolmalarının 41,3 faizi mənfəət vergisinin, 22,9 faizi əlavə dəyər vergisinin, 11,9 faizi fiziki şəxslərin gəlir vergisinin, 6,9 faizi aksizlərin, 17 faizi isə digər vergilərin payına düşür. Qeyri neft-qaz sektoru üzrə 1 milyard 354 milyon 256 min manat vəsait daxil olub.Yanvar-may aylarında respublika üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 32 min 256, 2011-ci ilin iyul ayının 1-dən cari ilin iyun  ayının 1-dək elektron qaydada  qeydiyyata alınmış fiziki şəxslərin sayı 30 min 82 olub. 1 iyun  2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 447 min 349 olub.  ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31