Nazirlik dövlət istiqrazlarını yerləşdirib
“Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin ISIN kodu AZ0108001782, dövriyyə müddəti 1820 gün olan 10.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə növbəti hərrac keçirilib.
2 Sentyabr 2020 16:23 İqtisadiyyat"Bakı Fond Birjası" QSC-də Maliyyə Nazirliyinin ISIN kodu AZ0108001782, dövriyyə müddəti 1820 gün olan 10.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə növbəti hərrac keçirilib. "Olaylar" xəbər verir ki, AZ0108001782 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 27.2 milyon manat təşkil edib. Maliyyə Nazirliyi tərəfindən 2.4 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 92.2814 (gəlirlilik 10.9530%) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti 21 yanvar 2025-ci ildir.