Avqust ayı üzrə sosial yardımlar Ödənildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayı üzrə ünvanlı dövlət sosial yardımının ödənişi həyata keçirilib.
27 Avqust 2020 12:51 İqtisadiyyatƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayı üzrə ünvanlı dövlət sosial yardımının ödənişi həyata keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə Fondun mətbuat katibi Rəşad Mehdili məlumat verib. O bildirib ki, ünvanlı dövlət sosial yardımı alan şəxslərin hesablarına vəsait artıq köçürülüb. Vətəndaşlar ünvanlı sosial yardım üzrə vəsaitlərini onlara Kapital Bankdan verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31