Yerli sahibkarların ölkə iqtisadiyyatına sərmayə yatırması...

İlham Əliyev: “Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz vətənini düşünməlidir, öz insanları düşünməlidir”

İlham Əliyev: "Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz vətənini düşünməlidir, öz insanları düşünməlidir"

Azərbaycanın yeni müstəqillik tarixində iqtisadi inkişafı xarakterizə edən ən mühüm cəhətlərdən biri ölkəmizdə güclü sahibkarlıq institunun formalaşmasıdır. Bu gün Azərbaycanda ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarların mövqeyi davamlı şəkildə güclənir. Sahibkarlığın inkişafına yaradılan şərait və müxtəlif formalarda verilən dəstək, bu institutun ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynayan subyekə çevrilməsinə zəmin yaradıb. Sirr deyil ki, bu gün Azərbaycan dövləti tərəfindən sahibkarların inkişafı üçün bütün lazımi şərait yaradılıb. Artıq Azərbaycanın iş adamları ölkənin ərzaq təhlükəsizliyinin təminatında vacib amil kimi çıxış edir, xarici ölkələrdə həyata keçirilən layihələrdə fəal iştirak edir, müxtəlif sahələrə investisiya yatırır, xaricdə etibarlı tərəfdaş kimi tanınırlar. Lakin bəzi yerli icra hakimiyyətlərinin yarıtmaz fəaliyyəti nəticəsində onların normal fəaliyyətinə süni nəgəllər törədilir. Belə ki, bəzi icra strukturları dövlət maraqlarından çıxış edərək sahibkarlara dəstək olmaq əvəzinə, heç bir əsas olmadan onları incidir, süni əngəllər yaradır, hətta rüşvət, pay tələb olunması hallarına yol verir. Məhz bu kimi halların nəticəsidir ki, sahibkarlar vergilərin ödənilməsindən yayınır, kölgə iqtisadiyyatı, ikili mühasibatlıq kimi neqativ hallar genişlənir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən qeyd edib ki, sahibkarlara lazımi dövlət qayğısı göstərilir: "Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onlar qarşısında süni əngəllər törədilir, onlardan yerli icra orqanları tərəfindən rüşvət tələb olunur, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək görməlidirlər, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir".

Qeyd edək ki, dövlət başçısının tapşırıq və tövsiyyələrinin icrası məqsədilə ölkədə sahibkarlıq fəliyyəti üçün nəzərdə tutulan inzibati ptosedurların sadələşdirilməsi onların sərbəst fəaliyyəti üçün münbit şərait yaradılıb. Belə ki, bu vaxta qədər sahibkarlıq fəaliyyəti üçün tələb olunan inzibati prosedurların "ASAN xidmət" vasitəsilə həyata keçirilməsi şəfaflıq və operativliyin təmin olunmasında müstəsna rol oynayır. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar istisna olmaqla, sahibkarlıq sahəsində aparılan bütün yoxlamalar müəyyən müddətə dayandırılıb. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması da sahibkarların hüquqlarının daha etibarlı qorunmasına xidmət edir. Cox təəssüf ki, bəzi yerli icra strukturları daşıdıqları vəzifəyə sadiq qalaraq sahibkarların fəaliyyətinə dəstək vermək əvəzinə, onların inkişaf etməsini əngəlləməsi sözün həqiqi mənasında dövlətin iqtisadi dayaqlarını sarsıtmaq cəhdi kimi dəyərləndirilməlidir.  

Ancaq məsələyə kompleks yanaşdıqda sahibkarların da məsuliyyət məsələsi aktuallaşmış olur. Belə ki, sahibkarlar da dövlət tərəfindən onlara göstərilən diqqət və qayğının qarşılığında öz üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsində fəallıq nümayiş etdirməlidirlər. Başqa sözlə, sahibkarlar öz sosial məsuliyyətlərini dərk etməlidirlər. Dövlət başçısı qeyd edib ki, dövlət sahibkarlara dəstək göstərir, müdafiə edir, şərait yaradır, onların gəlirlərinin artırılmasına çalışır: "Sahibkarlar da, öz növbəsində, dövlətin vergisini qəpiyinə qədər ödəməlidirlər. Burada kölgə iqtisadiyyatına yol verilməməlidir, ikili mühasibat olmamalıdır. Əgər olarsa bu sahibkarlar məsuliyyətə cəlb edilməlidir və eyni zamanda, bu gün hələ də ağır vəziyyətdə yaşayan insanlara kömək göstərməlidirlər". Yeri gəlmişkən qeyd edək ki, xüsusən hazırki pandemiya dövründə sahibkarlar dövlətə və vətəndaşlara dəstək olmalıdırlar. Xarici ölkələrə üz tutan milli sahibkarlarımız dövlətin və millətin çətin günündə öz sözlərini deməlidirlər. Ölkədə sahibkarlğın inkişafı üçün qarantiyanın olduğunu nəzərə alaraq investisiya yatırımını artırmalıdırlar. Dövlət başçısının qeyd etdiyi kimi bu gün Azərbaycan sahibkarları ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən, əmin-amanlıqdan istifadə edərək, dövlətin onlara verilən dəstəkdən faydalanaraq, onlar üçün yaradılmış şəraitdən bəhrələnərək, iqtisadiyyatımızın liberallaşmasından xeyir görərək xarici ölkələrə böyük həcmdə sərmayə qoyulur: "Bu, təbiidir. Dünya iqtisadiyyatı belə işləyir, belə idarə olunur və bunu biz qadağan edə bilmərik. Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz vətənini düşünməlidir, öz insanları düşünməlidir. Onu düşünməlidir ki, bu gün pandemiya dövründə, neftin qiymətinin kəskin düşməsi şəraitində işsizlik arta bilər. Ona görə burada əlbəttə ki, bu sahibkarların mənəvi öhdəliyi olmalıdır və mən Azərbaycan sahibkarlarına üz tutub deyirəm, indiki şəraitdə sizin vəsaitiniz ölkə iqtisadiyyatının xeyrinə işləməlidir. Azərbaycana pul qoyun. Burada sizin vəsaitiniz ən yüksək səviyyədə qorunur". Qeyd etmək lazımdır ki, digər sahələrdə olduğu kimi, ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən kompleks islahatlar da davamlı xarakter daşıyır. Həyata keçirilən bu tədbirlər ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsinə, iqtisadiyyatın ixrac və rəqabətqabiliyyətliliyinin, idxalı əvəz edən məhsul istehsalının, məşğulluğun səviyyəsinin artırılmasına və sənaye sahələrinin şaxələnməsinə xidmət edir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31