Tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsilə bağlı qərar verildi
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.
19 Avqust 2020 17:00 İqtisadiyyat"Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib. "Olaylar"ın məlumatına görə, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il oktyabrın 1-dək olan müddət üçün ödəniləcək. Qeyd edək ki, bu müddət 2020-ci il iyulun 1-dək müəyyən edilib.