«Kövsər Bank»ın iflası ilə bağlı iddia ərizəsi ləğv edildi

Bakı Apelyasiya Məhkəməsi "Kövsər Bank" ASC- nin səhmdarı E.R.Qurbanovun ərizəsi əsasında işə baxaraq 2013-cü il 24 aprel tarixli qərarı ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin "Kövsər Bank"ın iflas edilməsi haqqında qətnaməsini ləğv edib.
"APA-Economics"in xəbər verdiyi kimi, bununla da Mərkəzi Bankın "Kövsər Bank" ASC-nin iflas edilməsi ilə bağlı iddia ərizəsi ləğv edilib/Qeyd edək ki, 2010-cu ilin dekabrında Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə minimum məcmu kapital tələbinə əməl etmədiyinə, bank qanunvericiliyinin tələblərini pozduğuna, o cümlədən idarəetməni və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə Mərkəzi Bankın ardıcıl və davamlı göstərişlərinə riayət etmədiyinə görə "Kövsər Bank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya ləğv edilib.
Lakin 2011-ci ilin yanvarında "Kövsər Bank" ASC Mərkəzi Bankı məhkəməyə verib. Bankın mövqeyi ondan ibarət olub ki, AMB-nin "Kövsər Bank"ın lisenziyasının ləğvi ilə bağlı qərarı əsassızdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31