Keçən ay ARDNF tərəfindən 515,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin iyul ayı ərzində 515,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Fondun İctimaiyyətlə əlaqələr departamentindən "OLAYLAR"-a bildirilib ki, bu keçən aya nisbətən 140 milyon dollara yaxın artıq vəsait deməkdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin iyun ayı ərzində valyuta hərraclarında 373,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31