İranın neft hasilatı son 20 ilin ən aşağı səviyyəsindədir
12 İyun 2012 15:56 İqtisadiyyatBeynəlxalq neft-qaz məsələləri üzrə ekspertlərinin qənaətincə, Qərb ölkələrinin İran əleyhinə tətbiq etdikləri sanksiyalar öz nəticələrini artıq verməyə başlayıb. "OLAYLAR"-ın Türkiyə bürosunun verdiyi xəbərə görə, İran son aylar neft ixracaatını 600 min barrel səviyyəsinə endirmək məcburiyyətində qalıb. İxtisar nəticəsində İranın valyuta gəlirləri cari ilin sonunda 10 millyard dollar məbləğındə azala bilər. Hazırda İranın neft hasilatı son 20 ilin ən aşağı nöqtəsindədir. İyulun 1-dən isə Avropa Birliyi ölkələrinin İrandan neft idxalını dayandıracağını nəzərə alsaq bu ölkənin neft hasilatı daha 150 min barrel səviyyəsinə qədər azala bilər.
Qeyd edək ki, son aylarda İranda davam edən inflyasiya 22 faiz yüksəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31