İqtisadi böhran Qərb dövlətlərini MDB-dən olan siyasi mühacirlərə münasibəti dəyişməyə vadar edir
Qazaxıstandan olan siyasi mühacirin işi üzrə Avstriya Ali Məhkəməsinin qərarı bu prosesdə presedent rolunu oynaya bilər
26 Aprel 2013 13:43 İqtisadiyyatAvstriyada indiyədək görünməmiş məhkəmə prosesi başlayıb. Belə ki, SSRİ-nin süqutundan sonra ilk dəfədir ki, Avropa döVlətlərinin ədliyyə orqanları MDB ölkələrindən qaçaraq Qərbdə özünə sığınacaq tapmış "müxalifət lideri"nin işinin məhkəməyə çıxarılmasında razılığa gəliblər. Gəlin razılaşaq ki, burada söhbət heç də sıradan bir müxalifətçidən deyil, öz ölkəsində törətdiyi ağır cinayətlər, o cümlədən hədə və şantaj yolu ilə başqasının əmlakını ələ keçirmə, cinayətkar yollarla topladığı çirkli pulların yuyulması, adam oğurluğu, adam öldürmə və digər məqsədlər üçün cinayətkar qruplaşmanın təşkili və ona rəhbərlik etməsi maddələri ilə təqsirli bilinən, bütün bunlardan yaxa qurtarmaq üçün qaçaraq Qərb ölkələrində özünə siyasi sığınacaq tapan, hələ üstəlik "müxalifət lideri"adı altında maskalanan bir isimdən gedir.
Postsovet məkanından olan siyasətçilərin Qərb ölkələrində özlərinə siyasi sığınacaq tapmaq üçün üz tutmaları heç də təəccüblü deyil-bunu artıq hamı bilir. O da bəllidir ki, öz ölkələrində həmin insanlara qarşı irəli sürülən ittihamlar kifayət qədər ciddidir.Onlar iri həcmli korrupsiyadan tutmuş vətənə xəyanət, terrorizm, adam öldürməkdə təqsirli bilinmək və digər maddələr üzrə cinayətlərdə ittiham olunurlar. Onlara qarşı irəli sürülən ittihamların əksəriyyəti , -istənilən inkişaf etmiş ölkədə , -həmin "mühacirlərin" ən azından ömürlük həbs cəzası , yaxud də barələrində ölüm hökmünün çıxarılması ilə nəticələnə bilərdi.
Amma, faktiki olaraq, MDB-dən olan bütün siyasi mühacirlər ,ölkə sərhəddini keçən kimi özlərini guya rejim əleyhinə, demokratiya və insan hüquqları uğrunda mübariz kimi göstərirlər. Və qəribəsi də odur ki, Avropa ölkələri də onları belə mübariz görməyə böyük məmmuniyyətlə razılaşırlar. Heç uzağa getməyək. Postsovet məkanının müxalifətçi dissidentlərinin ən parlaq nümayəndəsi Boris Berezovski idi. Rusiyada Cinayət Məcəlləsinin az qala bütün maddələri üzrə ona qarşı cinayət işi açılmışdı. Britaniya hökuməti isə uzun müddət ona siyasi mühacir kimi sığınacaq vermişdi.
Son vaxtlaradək, belə qibtə olunası tale Qazaxıstandan olan mühaçirləri də gözləyirdi. Onların əksəriyyəti barəsində öz vətənlərində korrupsiya, dövlət əmlakını mənimsəmə, adam öldürmə, silahlı basqın və digər maddələr üzrə cinayət işi qaldırılmışdı. Amma, buna baxmayaraq, ölkə hüdudlarını aşdıqdan sonra , "Qazaxıstanda demokratiya yoxdur" kimi bir neçə bəyanat səsləndirməkləri yetərli idi ki, onları dərhal azadlıq və demokratiya uğrunda mübarizə aparanların siyahısını əlavə etsinlər.Və beləliklə də, onlar avtomatik olaraq Avropa Femidasının mühafizəsi altına keçmiş olurdular.
Amma, deyəsən, bu proses bir qədər öz istiqamətini dəyişmək üzrədir.Və Qazaxıstanın Avstriyadakı keçmiş səfiri Rahat Əliyevin cinayətləri üzrə öz ölkəsində çıxarılmış məhkəmə qərarının tanınması və həmin iş üzrə istintaq hərəkətlərinin başladılmasına dair Avstriya Ali Məhkəməsinin bu yaxınlarda qəbul etdiyi qərarı bu məsəslədə presedent hesab etmək olar.
Xatırlatmaq yerınə düşər ki, bu , o Rahat Əliyevdir ki, haqqında Qazaxıstanda bir sıra maddələr- cinayətkar yollarla ələ keçirilmiş çirkli pulların yuyulması, "Nurbank"ın top-menecerləri Joldas Timraliyev və Aybar Xasenovun ölümündə iştirak etmə, fırıldaqçılıq, cinayətkar qruplaşmanın təşkili və ona rəhbərlik etmə korrupsiya cinayətləri, hətta vətənə xəyanət maddələri üzrə cınayət işi açılıb. Sadalanan cinayətlərə görə Qazaxıstan məhkəməsi tərəfindən onun barəsində üst-üstə 40 il müddətində azadlıqdan məhrumetmə cəzası kəsilib.
Bu ismı Qazaxıstanda, demək olar ki, tanımayan yoxdur. Bir sözlə, öz ölkəsində artıq çoxdan mistiq fiqura çevrilmiş bu adamdan yalnız danışmağa tənbəllik edənlər söz açmırlar.
Bütün bunlara baxmayaraq, Avstriya dövləti keçmiş səfirə siyasi sığınacaq verdi. Lakin rəsmi Astananın uzun müddət apardığı danışıqlar, R.Əliyev barədə cinayət işinin materiallarının bu ölkənin hüquq mühafizə orqanlarına təqdim olunması , onun Qazaxıstana ekstradisiya olunmasına dair müraciətlər az keçmədi ki, elə avstriyalıların da diqqətini özünə cəlb etdi.Çünki, qarşı tərəfə təqdim olunan materiallar o qədər tutarlı idi ki, avstriyalı hüquqşünaslar onları araşdırmaya bilməzdilər.
Doğrudur, ilk vaxtlar, Avstriya tərəfi Qazaxıstan prokurorluğunun eks-səfir R.Əliyevin ölkəsinə deportasiya edilməsi ilə bağlı dəlil-sübutlarını bir o qədər ciddiyə almırdı. Əslində, bu, Avropa ədliyyə cicteminin postsovet məkanından olan yüksək rütbəli dissedentlərə qarşı ənənəvi münasibəti idi. Lakin rəsmi Astananın bu məsələdəki israrlı mövqeyi, Avstriya ictimayyətini silkələmiş oldu. Axı necə ola bilərdi ki, cinayət materiallarında deyildiyi kimi , belə qatı bir cinayətkar Avstriya hökumətindən özünə necə siyasi sığınacaq ala bilirdi?
Və nəhayət, buz tərpəndi. Bununla da, Vyana məhkəməsi, əslində özünü gülünc vəziyyətə saldı. Axı iki il əvvəl rəsmi Astananın müraciətlərinə məhəl qoYmayaraq R.Əliyevi ölkəsinə ekstradisiya etməkdən imtina edən məhkəmə, indi məcbur olub eks-səfirə qarşı irəli sürülən cinayət işinin müstəqil surətdə istintaqını aparmağa başlayıb. Çünki, Avstriya hüquq sistemində belə bir prinsip var:ya mühakimə et ya ekstradisiya et . Əslində R.Əliyevin vaxtında Qazaxıstana ekstradisiya edilməməsinin Avstriya tərəfinə zərəri var.Çünki, istintaq hərərkətləri bir necə il davam edə bilər ki, bu da dövlət büdcəsindən milyon dollarlarla vəsaitin xərclənməsi deməkdir.
Beləliklə, Qazaxıstan tərəfinin bu iş üzrə qaldırdığı iddianı təmin edən Avstriya Ali Məhkəməsi , nəhayət ki, aprelin 5-də ilk məhkəmə iclasını keçirib.Başqa sözlə, bu məsələdə çox israrlı olan Qazaxıstan hakimiyyətinin avstriyalı hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlığının nəticəsində eks-səfir törətdiyi cinayət əməllərindən yaxa qurtara bilməyib. R.Əliyev tərəfindən oğurlanaraq qətlə yetirilən Qazaxıstan "Nurbank"ın top-menecerləri
Joldas Timraliyev və Aybar Xasenovun vəkilinin verdiyi məlumata görə, ilk prosesdə Qazaxıstandan olan hal şahidlərinin ifadələri məhkəmə zalında quraşdırılan videorabitə vasitəsi ilə həyata keçirilib.Onun sözlərinə görə, bu cinayət işi üzrə daha yüzlərlə hal şahidlərinin ifadələrinin alınması nəzərdə tutulur. Odur ki, çox güman ki, məhkəmə istintaqının hələ bir neçə ay davam edəcəyi istisna olunmur.
Burada bir haşiyə çıxmaq lazım gəlir. Maraqlısı odur ki, Vyanada məhkəmə istintaqının başlamasına az vaxt qalmış hazırda Maltada yaşayan və bu ölkənin "vətəndaşı" pasportu ilə Avropa İttifaqına üzv olan ölkələri sərbəst gəzən R.Əliyev xarici KİV-lərə verdyi müsahibələrində bəyan etmişdi ki, nə vaxt Vyana məhkəməsi onu dəvət edərsə, elə ilk çağırışda da dərhal məhkəməyə gələrək öz ifadəsini verəcək. Amma, vəkilin sözlərinə görə, o , məhkəmənin çağırışına məhəl belə qoymayıb-məhkəmə iclası onun iştirakı olmadan keçirilib. Əslində, bunun elə bir önəmi də yoxdur- necə deyərlər, artıq qatar yerindən tərpənib və o öz ardınca R.Əliyevi də mütləq dartıb aparacaq.
Yeri gəlmişkən, indi artıq Qazaxıstanın keçmiş səfirinə qarşı irəli sürülən ittihamların siyahısının daha da genişlənəcəyi gözlənilir. Belə ki, ən yaxın vaxtlarda onu daha bir məhkəmə prosesi gözləyir-amma, bu dəfə Almaniyada. Çünki, bu ölkədə R.Əliyevə məxsus şirkət tərəfindən "Metallwerke Bender Rheinland" GmbH metallurgiya müəssisəsinin alınmasına dair istintaq işinə başlanılıb. Burada söhbət Almaniyanın "Metallwerke Bender Rheinland" GmbH metallurgiya müəssisəsinin R.Əliyevə məxsus "Armorial Trading" şirkəti tərəfindən alınmasından gedir. Yerli prokurorluq orqanlarının araşdırmaları zamanı bəlli olub ki, R.Əliyev əslində heç də bu zavodu modernləşdirmək məqsədi ilə əldə etməyib. O, sadəcə cinayətkaar yollarla əldə etdiyi çirkli pulları yumaq məqsədilə bu müəssisənin səhmlərinə sahib olub. Prokurorluğun açıqlamasına görə, "Metallwerke Bender Rheinland" şirkəti vasitəsi ilə 100-ə yaxın, ümumilikdə isə 9,45 milyon avroyadək miqdarda çirkli pulların yuyulması əməliyyatları həyata keçirilib. Bütün bunlar isə 2005-2007-ci illərdə, yəni Rahat Əliyevin Qazaxıstanın Avstriyadakı səfiri vəzifəsində çalışdığı dövrdə baş verib.
Araşdırmalar zamanı o da bəlli olub ki, istehsal prosesində müəssisədən atmosferə atılan zəhərli karbon qazı(CO2) üçün sertifakatı da R.Əliyev qanunsuz yolla əldə edib və bu sənəd saxta olub.
Göründüyü kimi, bütün hallarda, postsovet ölkəsindən öz vətəndaşına qarşı ürəli sürülmüş bu işi- R.Əliyevin işi üzrə başlanmış cinayət işini -MDB ölkələrindən qaçaraq Avropa İttifaqına üzv olan ölkələrdə gizlənən oliqarx, siyasətçı və ya müxalifət liderlərinə qarşı öz dövlətlərində qaldırılmış cinayət işlərinin araşdırılmasına başlanılması üçün genişmiqyaslı kampaniyanın startı kimi də başa düşmək olar. Başqa sözlə, ola bilsin ki, bu kampaniyaya start verməklə, Avropa dövlətləri siyasi sığınacaq verdikləri şəxslərdən hansılarının nə dərəcədə "müxalifət lideri" və yaxud "demokratiyanın keşikçisi" olmasını aşkara çıxarmaq niyyətindədir.
Əslində , indi belə mövqe nümayiş etdirmək Avropa dövlətləri üçün sərfəlidir.Çünki, regionda iqtisadi böhran hələ də davam etməkdədir. MDB ölkələri isə investisiyalar üçün daha cəlbedicidirlər. O cümlədən, dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Qazaxıstanda hazırda genişmiqyaslı sənayeləşdirmə proqramı həyata keçirilir. Sözügedən proqram investorlara çox yaxın illərdə böyük gəlir əldə etmək imkanları açır. Bu isə o deməkdir ki, Avropa İttifaqı öz gələcək investor dostlarına "siyasi dəstək" verməyə çalışacaqdır. Və bu zaman postsovet ölkələrindən olan cinayətkarlara, başqa sözlə siyasi sığınacaq almış mühacirlərə qarşı öz ölkələrində qaldırılan məhkəmə iddialarına daha böyük diqqət ayırmış olacaqlar.
Odur ki, Qazaxıstanın keçmiş oliqarxı, eks-səfiri və hazırda özünü azadlıq və demokratiya mücahidi kimi qələmə verməyə çalışan R.Əliyevə qarşı qaldırılan cinayət işinin məhkəmə hökmü ilə nəticələnəcəyinə şübhə yeri qalmır. Ola bilsin ki, o, cəzasının müddətini Avstriya həbsxanalarında çəksin. Bunun elə də böyük önəmi yoxdur. Önəmli olan odur ki, nəhayət Avropa öz "simasını" saxlamalı və demokratik dəyərlərə sadiqliyini nümayiş etdirməlidir.
Alim Hüseynli