Ölkəmizdə bütün infrastruktur layihələrə xüsusi diqqət yetirilir
Ölkəmizdə bütün infrastruktur layihələrə xüsusi diqqət yetirilir
28 İyul 2020 11:27 İqtisadiyyat"İnfrastruktur layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib.Təbii ki, bu infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri öz yerini tapıbdır. Son illərdə bu sahədə də böyük işlər görüldü. Bu sahə də Prezident cənab İlham Əliyevin diqqətindən kənarda qalmayıb. Buna misal olaraq Oğuz-Qəbələ-Bakı su kəmərini göstərmək olar.Əgər bu gün Oğuz-Qəbələ-Bakı su kəməri olmasaydı, Bakı şəhərinin su problemləri çox kəskinləşə bilərdi. Bu diqqətin nəticəsidir ki, Bakı şəhərinə keyfiyyətli suyun verilməsi mümkün olub. Bu gün Bakı şəhərində əhali içməli suyu davamlı şəkildə fasiləsiz alır. Regionlarda da əhalinin içməli su ilə təminatı artırırlır". Bunu "Olaylar"a deyən Nəsimi rayon Təhsil işçisi Rəsmiyyə Fərzəliyevanın sözlərinə görə, bu, yeganə layihə deyil. Taxtakörpü su anbarının tikintisi və Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların quraşdırılmasıtərtib olunmuş sudan istifadə qrafikləri suvarma dövrü başlamamışdan əvvəl kənd təsərrüfatı bitkilərinin suvarılması üçün tələb olunan suyun sifarişini formalaşdırmağa, beləliklə əkin siyasətinə uyğun daha təkmil suvarma təchizatının qurulmasına, digər tərəfdən isə məhdud su ehtiyatları və əkin növünün suya tələbatı nəzərə alınmaqla əkin sahələrinin optimal şəkildə planlaşdırılmasına şərait yaradır: "Ölkəmizdə bütün infrastruktur layihələrinə xüsusi ardıcıl şəkildə diqqət verilir. İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır. Təbii ki, bu layihələr arasında içməli su və melorasiya layihələri öz yerini tapıbdır. Son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti müsbət tərəfə dəyişib. Bütün sahələrdə olduğu kimi su təsərrüfatı sahəsində də uğurlu layihələr həyata keçirilir, problemlər aradan qaldırılır. Bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, ölkəmiz sürətlə inkişaf edir".