Mənzillərin qiyməti artıb

2013-cü ilin mart ayında paytaxtın ilkin məmzil bazarında qiymət arımı müşahidə olunub. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən "Olaylar"a verilən məlumata görə, bazara təklif edilən yeni tikililərdə bir kvadratmetr üzrə orta qiymət 0,5 faiz artaraq 857,8 manat təşkil edib. Ən çox yeni tikililər Yasamal rayonu ərazisində qeydə alınıb. Xətai və Nəsimi rayonları mövqelərini sonrakı yerlərdə qoruyublar. Ay ərzində paytaxtda 2 yaşayış binasının bünövrəsi qoyulub və satışa çıxarılıb. Tikinti şirkətlərinin sayı isə 135 təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31