Şəkidə 6 yaşayış məntəqəsini əhatə edən yollar yenidən qurulub

Şəkidə 6 yaşayış məntəqəsini əhatə edən yollar yenidən qurulub

Dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq,  yenidən qurulması və əsaslı şəkildə bərpası nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tərtib olunmuş tədbirlər planına əsasən kompleks tədbirlərə start verilir. Məhz bu çərçivədə Şəki rayonunda Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən avtomobil yollarının yenidən qurulub.

"OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən avtomobil yollarının uzunluğu təqribən 33 km təşkil edir. Bu respublika əhəmiyyətli Şəki-Qax avtomobil yolu ilə M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi abtomobil yolunu birləşdirən və 18 km uzunluğa malik Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu, həmçinin ümumi uzunluğu 15 km olan Şəki-Qax avtomobil yolundan ayrılan Qoxmuq kəndinin, yerli əhəmiyyətli Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu üzərində yerləşən Baltalı,Babaratma və Qudula kəndlərinin və M5 Yevlax-Zaqatala-Gürcüstan respublikası ilə dövlət sərhədi abtomobil yolunun 51-ci km-dən ayrılan Daşüz kəndinin yollarıdır.

Tikinti norma və standartlarına uyğun olaraq hazırda yollar boyu torpaq işləri aparılıb, yolun mövcud dağılmış örtüyü sökülüb, yol əsasının və yatağın deformasiyaya uğramış yararsız qruntu, həmçinin torpaq yatağının genişləndirilməsi üçün bitki qatının və yararsız hissələrin qazılaraq çıxarılması, əvəzinə yararlı karxana çınqılı ilə əks-dolğu və kipləşdirmə işləri görülüb.

Layihə çərçivəsində yollar boyu zəruri ərazilərdə atmosfer sularının axıdılması üçün dəmir-beton küvetlərin tikintisi, yol əsasın alt layının 20 sm hündürlükdə qum-qırmadaş, üst layının isə 16 sm hündürlükdə optimal çınqıl qarışığı ilə salınması, çiyin hissələrin eyni materialla təmiri aparılıb.  Bundan sonra əlaqələndirici bitum səpilməklə 12 sm hündürlükdə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi və 54 yol birləşməsinin təmiri işləri görülüb.

Sözügedən yolların yenidən qurulması ilə 6 yaşayış məntəqəsinin 10 minə yaxın əhalisinin istər Şəki şəhər mərkəzinə, istərsə də Şəki-Qax və Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə qonşu rayonlara gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Ən əsası yolun tikintisi ilə bu ərazidə kənd təsərrüfatının inkişafı hədəflənir ki, bu da birbaşa olaraq yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir edə biləcək amildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31