Tikinti materialları bahalaşıb
25 Aprel 2013 16:52 İqtisadiyyatCari ilin mart ayında paytaxtın inşaat materialları bazarında 11 adda, 23 növdə tikinti materiallarınını qiymətində artım baş verib. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən "Olaylar"a verilən məlumata görə, qiymət artımı əsas etbarilə mişar daşları, taxta, kafel-metlax materiallarında qeydə alınıb. Qiymət artımı paytaxt və regionlarda sürətlənən tikinti-quruculuq işləri ilə əlaqələndirirlir. Qiymət ucuzlaşması isə yalnız idxal olunan dəmir məmulatlarında müşahidə olunub. Nəticə etibarilə ümumilikdə tikinti materiallarının qiymətində 0,22 faiz artım qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31