6 ayda neft və qaz sazişləri ilə bağlı daxilolmaları 4 914,7 milyon manat təşkil edib
16 İyul 2020 11:52 İqtisadiyyatAzərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci ilin yanvar-iyun ayları ərzində neft və qaz sazişləri ilə bağlı daxilolmaları 4 914,7 milyon manat təşkil edib. Fonddan "OLAYLAR"-a bildirilib ki, bu daxilolmaların tərkibində mənfəət nefti və qazın satışından gəlirlər 4 130,1 milyon manata bərabər olub. Bu aylar üzrə xam neftin ortaçəkili xalis mədaxil qiyməti 38,7 ABŞ dolları təşkil edib. Eyni zamanda bu dövr ərzində bonus ödənişləri 767,8 milyon manat, tranzit gəlirləri 10,6 milyon manat, akrhesabı ödənişlər 6,2 milyon manat təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31