Binəqədi rayonuna içməli su məhdudiyyətlə veriləcək
8 İyul 2020 13:34 İqtisadiyyatBakı şəhəri, Binəqədi rayonunun 9-cu mikrorayon və Zeytunluq ərazisinə gün ərzində içməli suyun verilməsində məhdudiyyət olacaq. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı "Azərsu" ASC yayıb. Bildirilib ki, buna səbəb Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon ərazisində su şəbəkəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar aparılan təmir işləridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31