Nəsimi rayonuna içməli suyun verilməsi dayandırılıb
6 İyul 2020 15:25 İqtisadiyyatNəsimi rayonunun bir hissəsinə, əsasən də şəhərin mərkəzi küçələrinə içməli suyun verilməsi müvəqqəti dayandırılıb. "OLAYLAR" xəbər verir ki. bu barədə məlumatı "Azərsu" ASC yayıb. Bildirilib ki, buna səbəb Bakı şəhəri Nəsimi rayonu ərazisində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar görülən işlərdir.
Gün ərzində qəzanın aradan qaldırılacağı və su təchizatının bərpa ediləcəyi planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31