Növbəti 20 il ərzində əhalinin enerji resurslarına olan tələbat açıqlanıb

bp-nin "2030 dünya enerji sektorunun mənzərəsi"nə görə, bu göstərici 36% təşkil edəcək

Növbəti 20 il müddətində enerjidaşıyıcılarına olan dünya tələbatı 36 % artacaq. ANS PRESS-in məlumatına görə, bunu bu gün Bakıda bp-nin aparıcı iqtisadçısı Lev Freynkman "2030 dünya enerji sektorunun mənzərəsi" adlı hesabatını təqdim edərkən açıqlayıb.

İqtisadçının fikrincə, bu cür artımın proqnozlaşdırılması elektrik enerjisi sektorunda istehlakın artması əlaqədardır. Artım əsasən inkişaf etməkdə olan ölkələrdə özünü büruzə verəcək. Onun sözlərinə görə, nəzərə çarpacaq artım elektrik enerjisinin istehsalında da ola bilər: "Bizim hesablamalarımıza görə ən çox tələbat qaz hasilatında, ən az artım isə neftdə gözlənilir. OPEK ölkələri, eləcə də ənənəvi olaraq neft-qaf hasilatı ilə məşğul olan ölkələr dünya bazarında balansı saxlamaq üçün hasilatı azaltmalı olacaqlar. Onlar da həmin təklif ediləcək qiymətlərlə ayaqlaşmalı olacaqlar".

bp "2030 dünya enerji sektorunun mənzərəsi" adlı hesabatına əsasən, 2030-cu ilə kimi neft və başqa yanacaq növlərinin (bioyanacaq da daxil olmaqla) tədarükündə artım əsasən Amerika və Orta Şərqin hesabına reallaşacaq. Lev Freynkmanın sözlərinə görə, artımın yarıdan çoxu OPEK-ə daxil olmayan ölkələrin hesabına baş verəcək. ABŞ isə yeni kiçik neft mənbələrinin hasilatı hesabına Səudiyyə Ərəbistanını qabaqlayacaq. Birləşmiş Ştatların yanacaq idxalı 2011-ci illə 2030-cu illər ərzində 70 % azalacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31