2030-cu ildə qaza olan tələbat hədsiz artacaq
Rusiya, Amerika Birləşmiş Ştatları və Səudiyyə Ərəbistanı 10 dəfə çox qaz istehsal edəcəklər
24 Aprel 2013 17:18 İqtisadiyyat2030-cu ildə Rusiya, Amerika Birləşmiş Ştatları və Səudiyyə Ərəbistanı 10 dəfə çox qaz istehsal edəcəklər. ANS PRESS-in məlumatına görə, bu haqda bp-nin aparıcı iqtisadiyyatçısı Lev Freynkmanın bu gün təqdim etdiyi "2030 dünya enerji sektorunun mənzərəsi" adlı hesabatında bildirilir. Hesabata görə, qarşıdakı illərdə neftlə müqayisədə təbii qazın hasilatı üstünlük təşkil edəcək. Bu göstərici təxminən ildə 2% təşkil edəcək.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olmayan ölkələr tələbat artımının 76 faizini yaradacaqlar. Qeyd edək ki, ümumilikdə dünya əhalisinin enerjiyə tələbatı 2030-cu ilə kimi təxminən ildə 1,6% artmağa davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31