Valyuta hərraclarında 373,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb
1 İyul 2020 15:03 İqtisadiyyatAzərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin iyun ayı ərzində valyuta hərraclarında 373,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Fondun İctimaiyyətlə əlaqələr departamentindən "OLAYLAR"-a bildirilib ki, bu keçən ayla müqayisədə 40 milyon dollara yaxın artıqdır. Belə ki, keçən ilin may ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 334 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31