Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb

Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb

İqtisadiyyat Nazirliyi sahibkarlar üçün yeni platforma təqdim edib. "Olaylar"ın məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, platforma Elektron Kredit Platforması ( e-edf.gov.az) adlanır: "Platforma vasitəsilə sahibkarlar iki banka müraciət etmək imkanı əldə edəcəklər. Platforma pandemiyadan zərər çəkən şəxslər üçün güzəştli kredit təklif edilir, sahibkarlar 3 mln manat məbləğə qədər kredit götürə bilərlər. Kredit üzrə 12 ay güzəşt müəyyən edilib. Platformaya sahibkarın müraciəti daha da asanlaşdıracaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31