“Post-pandemiya: KOB-ların fəaliyyətinin bərpasına dəstək” mövzusunda onlayn konfrans keçiriləcək

“Post-pandemiya: KOB-ların fəaliyyətinin bərpasına dəstək” mövzusunda onlayn konfrans keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) tərəfindən 30 iyun - 2 iyul tarixlərində "Post-pandemiya: KOB-ların fəaliyyətinin bərpasına dəstək" mövzusunda onlayn konfrans keçiriləcək. KOBİA-dan "Olaylar"a bildirilib ki, tədbirin məqsədi müxtəlif strategiya və mexanizmlər barədə sahibkarları məlumatlandırmaqla pandemiyadan zərər çəkmiş biznes sektorlarına dəstək olmaqdır. 30 iyunda keçiriləcək açılış tədbirində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransanın ölkəmizdəki səfiri Zaxarie Qross, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, AYİB-in Azərbaycan üzrə rəhbəri İvana Duarte, "Medef International"ın direktor müavini Geraldine Lembe, BMT-nin İnkişaf Proqramının (UNDP) rezident nümayəndəsi Alessandro Fracassetti çıxış edərək KOB-ların fəaliyyətinə dəstəklə bağlı təcrübə və proqramları barədə məlumat verəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31