Keyfiyyətsiz zərgərlik məmulatları aşkar edilib
24 Aprel 2013 13:13 İqtisadiyyatMaliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə əməl edilməsi ilə bağlı 2013-cü ilin I rübü ərzində 18 sahibkarlıq subyektində dövlət əyar nəzarəti tədbirlərinkeçirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əyar nəzarəti tədbirləri zamanı qiymətli metallar və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 15535 ədəd zərgərlik məmulatı aşkar edilib. Həmin məmulatların üzərində mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri müəyyən edilib. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən həkk olunmuş mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri məmulatlar üzərindən təmizlənmiş, məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanmayıb. 2013-cü ilin I rübü ərzində keçirilmiş yoxlamalar nəticəsində dövlət büdcəsinə, müvafiq olaraq 136120,00 manat məbləğində dövlət rüsumunun və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən 10400,00 manat məbləğində inzibati cərimələrin ödənilməsi təmin edilib. 2013-cü ilin I rübü ərzində Xidmətə ekspertiza, analiz, əyarlanmaq və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarına görə 411762,2 manat məbləğində dövlət rüsumunun büdcəyə ödənilməsi təmin edilib.