Quba bələdiyyələrinin büdcə gəlirləri son on ildə 8,3 dəfə artıb

"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Regionlarda sənədsiz torpaq və tikililərin məsələsi, onların hüquqi statusu və sosial-məişət xidməti hüquqları ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması və yerli televiziyalarda teledebatların təşkili"  layihəsinin icrası ilə  əlaqədar Quba bələdiyyələrinin son on  illik fəaliiyəti ilə bağlı araşdırma aparıb. Araşdırma Dövlət Statistika Komitəsinin  hesabatları əsasında həyata keçirilib. Aparılan təhlillərə görə, Quba bələdiyyələrinin illik büdcə gəliri  2011- ci  illə müqayisədə 19,0 %, 2002-ci illə müqayisədə  isə 8,3 dəfə artaraq 2012-ci ildə  1.294.100 manata çatmışdır.  Hesablamalar göstərir ki, ortalama rəqəmlə hər bələdiyyənin aylıq büdcə gəliri ötən il 2838 manat olmuşdur.  Bu rəqəm son on il  ərzində Quba bələdiyyələrinin qazandığı ən yüksək rəqəmdir.  Qeyd edək ki, ötən il əsas  vergilər üzrə gəlirlər  502.400 manat olmuşdur ki, bu da  ümumi  gəlirin 38,8%-i deməkdir. Bələdiyyə əmlakının özəlləşdirilməsi və icarəsindən isə daxil olan vəsaitlərin həcmi  isə 622.400 manata bərabərdir. Bu isə büdcə gəlirinin  48,1% deməkdir.  Əmlak vergisi 77.100 manat, turizm, sanatoriya kurort xidmətlərindən daxil olan ödənişlərin həcmi isə 2100  bərabər olmuşdur. Beləliklə, son on ildəki araşdırmalar göstərir ki, Quba bələdiyyələrinin əsas büdcə gəliri əmlakın özəlləşdirilməsindən, icarəsindən və əsas vergi növü olan torpaq-əmlak vergisindən daxil olmuşdur. Təhlillər göstərir ki,  turizm xidmətləri ilə bağlı gəlirlərin səviyyəsi   aşağı həddədir. Belə ki, 38 bələdiyyənin aylıq turizm xidmətləri ilə bağlı gəliri 5 manata çatmamışdır.  Nəzərə alsaq ki,  Quba zonası ölkəmizin  əsas istirahət mərkəzlərindən sayılır,  onda bu rəqəmin nə qədər aşağı olduğunu görmək olar . Qeyd edək ilkin arardırmalar göstərirki, rayon ərazisində olan sənədsiz  mənzillərə hüquqi status verilməsi yerli gəlirlərin həcminin 2-3 dəfə artmasına səbəb ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31