2020-ci ilin 5 ayı ərzində 16,4 mlrd.m3 qaz hasil edilib
24 İyun 2020 10:25 İqtisadiyyat2020-ci ilin 5 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 13,6 faiz, yəni 2 mlrd. m3 artımla 16,4 mlrd.m3 qaz hasil edilib. "OLAYLAR"-a Energetika Nazirliyindən daxil olan məlumata görə, qaz hasilatının 5,4 mlrd. m3 -i AÇG-dən, 8 mlrd. m3 -i isə "Şahdəniz"dən əldə edilib. SOCAR üzrə bu dövrdə 3 mlrd. m3 qaz hasil olunub.
Bu dövrdə xaricə qaz satışı 5,6 mlrd. m3 təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çoxdur. Cari ilin yanvar-may aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,7 faiz çox, yəni 4,3 mlrd. m3-dən çox qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,2 mlrd.m3, BTC boru kəməri sisteminə verilən qazın həcmi isə 51 min m3 olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 1,6 mlrd.m3 qaz nəql olunub.