Bu ilin 5 ayında 15,2 mln.ton neft hasil edilib

2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 15,2 mln.ton neft (kondensatla birlikdə) hasil edilib. Bu barədə məlumat "OLAYLAR"-a Energetika Nazirliyindən daxil olub. Bildirilib ki, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 463 min ton az olub. Respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 10,5 mln. tonu "Azəri-Çıraq-Günəşli"nin, 1,6 mln. tonu (kondensat) "Şahdəniz"in payına düşüb. SOCAR üzrə hasilat isə 3,1 mln. ton təşkil edib.

Cari ilin 5 ayında 12,6 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-may aylarına nisbətən 468 min ton azdır. Neft-kondensatın 12 mln. tonu konsorsium, 569 min tonu isə SOCAR üzrə ixraca nəql edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31