“6 ildir maaşıma əl vurmuram...”
24 Aprel 2013 01:14 İqtisadiyyatOlaylar İA Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərənin paytaxtı Londonda jurnalistlərə açıqlama verən Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan diqqətçəkən açıqlamalar verib. Çağlayan Muşda orta məktəbi bitirən bir şagirdin İstanbulda, Ankarada orta məktəbi bitirən bir şagird ilə rəqabət apara biləcəyini söyləyib. Muşa gedərkən hər il 150-200 gəncin ondan təqaüd məsələsində kömək istədiyini bildirən nazir "bu məsələdə onlara dəstək verirəm və bunu böyük həvəslə edirəm. Keçmişdə çox çətinliklə oxumuş biri olaraq 6 ildir millət vəkili maaşıma əlimi də vurmuram. Mənim maaşımın hamısı təqaüdə sərf olunur" deyə bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31