Azərbaycan Rusiyanın homopolimer idxalında liderdir

Sumqayıt Kimya Sənaye Parkının rezidenti "SOCAR Polymer" MMC-nin istehsal etdiyi polipropilenin homopolimer (HOMO) çeşidi Rusiyanın bu növ məhsul idxalında ilk sıradadır. Aprel ayında Rusiyanın polipropilen idxalında "SOCAR Polymer"in payı 61%, 2020-ci ilin əvvəlindən isə 42% təşkil edib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki,  "SOCAR Polymer" MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) istehsalını həyata keçirir ki, istehsalın da 75 faizdən artıq hissəsi ixrac üçün nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31