SOCAR prezidenti Almaniya səfiri ilə görüşüb
18 İyun 2020 11:21 İqtisadiyyatSOCAR-ın prezidenti Rövnəq Abdullayev Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqi qəbul edib. "OLAYLAR" şirkətə istinadən xəbər verir ki, Rövnəq Abdullayev hazırkı qlobal pandemiya dövründə Azərbaycanın neft-qaz, neft kimya sənayesində işlərin gedişi haqqında danışıb, Azərbaycan-Almaniya münasibətlərinin inkişafında enerji sahəsində əməkdaşlığın mühüm rol oynadığını qeyd edib.
Səfir Volfqanq Maniq Almaniya-Azərbaycan iqtisadi əməkdaşlığından söz açaraq, SOCAR və Almaniyanın enerji şirkətləri, xüsusilə də Uniper (E.ON) şirkəti arasında uzunmüddətli, səmərəli əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb. SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrin reallaşmasında Almaniya şirkətlərinin rolunu qeyd edən səfir ölkəsindəki bir sıra şirkətlərin reallaşdırlması nəzərdə tutulan SOCAR-ın qaz emalı kompleksi layihəsinə xüsusi maraq göstərdiklərini bildirib, COVİD-19 pandemiyası başa çatdıqdan sonra həmin şirkətlərin rəhbərlərinin Azərbaycana işgüzar səfərinin təşkil edilməsində maraqlı olduqlarını söyləyib.