Azərbaycan özünü beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi nümayiş etdirir - TƏHLİL

Azərbaycanın əldə etdiyi dayanıqlı iqtisadi inkişafı, beynəlxalq imici və qazandığı etibar dünyanın ən iri şirkətlərini ölkəmizlə əməkdaşlıq etməyə sövq edib. Hazırda Azərbaycan dünyanın ən böyük şirkətləri ilə qarşılıqlı əməkdaşlıqda bulunur ki, bundan hər iki tərəfin faydaladığını desək, heç də fikrimizdə yanılmarıq. O da faktdır ki, Azərbaycan Prezidenti İlham Əliyev koronavirus pandemiyası şəraitində belə ölkənin iqtisadiyyatının dayanıqlılığının təmin olunması üçün səylərini əsirgəmir. Üstəlik, koronavirus pandemiyasından əziyyət çəkən ölkələrə maddi yardım göstərir. Məhz bu amil beynəlxalq qurumların diqqətindən yayınmadığından ölkəmizlə əməkdaşlığı daha da genişləndirmək niyyətlərini açıqlayırlar. Elə "Microsoft" şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və "Microsoft" şirkətinin digər nümayəndələri arasında keçirilən videokonfrans fikrimizi bir daha təsdiq etmiş olur. Etiraf edilməlidir ki,  hazırda Azərbaycan Azərbaycanın dünyanın apsarıcı şirkətləri ilə uğurlu əməkdaşlıqda maraqlıdır. Xüsusən, ölkəmizdə ən müasir yüksək texnologiyaların, innovasiyaların tətbiqi diqqət mərkəzindədir. Onu da qeyd edək ki, artıq Azərbaycan dünya iqtisadiyyatının bir hissəsinə çevrilib. Ölkəmiz neft, qaz, energetikadan başqa, digər istiqamətlərdə - kənd təsərrüfatı, nəqliyyat, turizm sahələrində də dünyaya açıqdır. Bu müsbət göstəricilər Azərbaycana dünyanın nüfuzlu şirkətləri ilə əməkdaşlıq etməyə imkan verir. Digər tərəfdən, xarici şirkətlərin ölkəmizdə fəaliyyət göstərməsi üçün qanunvericilik, maliyyə imkanları əlverişlidir. Bütün sadalanan amillər ölkəmizdə investisiya qoyuluşunda mühüm şərtlərdəndir. Azərbaycanda görülən işlər, aparılan islahatlar nəticəsində iqtisadi zona üçün münbit zəmin yaranıb. Bu da təbii ki, dövlətimizin başçısının uğurlu siyasətinin nəticəsidir. Məhz bu faktlar dünyanın nüfuzlu şirkətlərinin Azərbaycanla əməkdaşlığa yüksək maraq göstərməsinə zəmin yaradıb. Birmənalı şəkildə qeyd edilməlidir ki, hazırda Azərbaycan özünü beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi nümayiş etdiri. Məhz bunun nəticəsidir ki, qlobal problemlərin həlli istiqamətində ölkəmizdə görülən işlər, atılan addımlar beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir. Məsələn, Azərbaycan pandemiya ilə bağlı məsələlərin həllində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə adlandırılmasını təsüdfi hesab etmək olmaz. Nəzərə almaq lazımdır ki, Azərbaycanda nəinki təkcə daxili məsələlərə diqqət yetirilir, həmçinin qlobal miqyasda da fəaliyyət həyata keçirilir. Azərbaycan artıq 29 ölkəyə humanitar yardım göstərib və bu proses davam etməkdədir. Bu isə o anlama gəlir ki, Azərbaycanda pandemiyaya qarşı uğurlu mübarizəni davam etdirmək üçün balanslaşdırılmış yanaşma nümayiş etdirir. Azərbaycanda əsas diqqət insanların koronavirusdan qorunmasına yönəldilmiş, lakin bu, ölkədəki iqtisadi artıma çox mənfi təsir göstərmişdir. Məhz bu kimi amilləri nəzərə alan  Microsoft" şirkətinin vitse-prezidenti Filip Roq sözügedən videokonfransda qeyd edib ki, "Azərbaycanda pandemiyanın təsirinin kifayət qədər nəzarət altında olduğunu eşitdiyimə şad oldum. Mən dünya liderləri ilə əlaqə saxladığımdan bu, heç də həmişə belə olmur. Nəhayət bilirsiniz ki, texnologiya və gördüyümüz bütün işlərdən başqa insan sağlamlığı və insan həyatı bizim üçün prioritet təşkil edir. Hər kəsin sağlamlığının qorunması üçün gördüyünüz işlərə görə Sizi və hökumətinizi təbrik edirik. Lakin pandemiya heç də fərq qoymur. Ona görə də biz ehtiyatlı olmalıyıq. İkincisi, bu gün əlaqə saxlamaq imkanına görə Sizə bir daha təşəkkür edirik. Mən deyərdim ki, bizim texnologiyanın bu qeyri-adi zamanda harada ən səmərəli şəkildə istifadə oluna biləcəyini müəyyən etmək üçün son bir neçə ayda bir çox dünya liderləri ilə ünsiyyət saxlamaq imkanımız olub. Bununla bağlı Sizinlə bir qədər söhbət etmək imkanına malik olmaq istərdim". Videokonfransda aparılan müzakirələr deməyə əsas verir ki, Azərbaycanla "Microsoft" arasında uğurlu əməkdaşlıq qarşıdakı illərdə daha da gücləndirəcək.  Belə ki, "Microsoft" şirkəti ilə əməkdaşlıq sahəsində piratçılığa qarşı birgə səylər mücbət nəticələr verir. Prezpektivdə isə rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində aparılan işlə bağlı "Microsoft"la yaxşı əməkdaşlıq imkanları var. Bundan başqa, süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması, kibertəhlükəsizliklə bağlı məsələlər gündəmdədir. Pandemiya ilə əlaqədar yaranmış vəziyyət təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxmağa vadar edir. Videokonfransda Prezident İlham Əliyev "Microsoft" şirkəti ilə əməkdaşlıqda Azərbaycanın maraqlarını ifadə edib: "İki il bundan əvvəl Bakıda keçirdiyimiz görüşdən sonra əməkdaşlığımıza gəlincə, bildiyiniz kimi, biz razılaşma imzalamışdıq. Görüşümüzdən əvvəl mənə məlumat verildi ki, on minlərlə lisenziya verilib və bu məsələ hazırda uğurla davam etdirilir. Bizim piratçılığa qarşı birgə səylərimiz yaxşı nəticələr verir. Gələcək planlarımıza gəlincə, bəlkə də bilirsiniz ki, hazırda biz rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işləyirik. Ümidvarıq ki, bu məsələdə "Microsoft"la yaxşı əməkdaşlıq edə biləcəyik. Bu proqram növbəti 5 il üçün planlaşdırılır. Eyni zamanda, süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də bizim gündəliyimizdədir. Kibertəhlükəsizlik hər zaman gündəlikdədir, çünki bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb. Ona görə də bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır. Əlbəttə, mən icra olunmuş layihələrin siyahısına baxdım. Aramızdakı əməkdaşlıq çox təsirləndiricidir və əminəm ki, bu, qarşıdakı illərdə tərəfdaşlığımızı gücləndirəcək. Həmçinin pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır. Həmçinin distant işlə bağlı məsələlər... Bu da ölkə üçün olduqca vacibdir. Təxminən bunlar bizim planlarımızda diqqətimizi cəmlədiyimiz sahələrdir". Göründüyü kimi 15 ildən artıq müddətdə Azərbaycanda fəaliyyət göstərən "Microsoft" şirkəti ilə tərəfdaşlığın böyük potensialı və uğurlu gələcəyi var. Azərbaycanın artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrildiyini nəzərə alsaq, bu əməkdaşlığın prezpektivliyi danılmazdır.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31