“Masazır” dairəsində yenilənmə işləri həyata keçirilir
“Masazır” dairəsində yenilənmə işləri həyata keçirilir
11 İyun 2020 12:56 İqtisadiyyatBakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun "20 Yanvar" - "Masazır" dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılan genişləndirmə və yenidənqurma işləri çərçivəsində hazırda "Masazır" dairəsində və dairəyə giriş-çıxış yollarında asfalt-beton örtüyünün yenilənməsi işləri həyata keçirilir.
"OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, aparılan təmir-tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Yarana biləcək müvəqqəti narahatlığa görə, AAYDA vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edərək, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyyə edir.