Samir Şərifov: “Bu qurumların maliyyə vəziyyəti ürəkaçan deyil”

"Ötən il bir sıra dövlət müəssisələri tərəfindən göstərilən xidmətlərin subsidiyalaşması həyata keçirilib". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, "Bakı Metropoliteni", "Azəristiliktəchizat", "Azərbaycan Hava Yolları", Nəqliyyat Rabiyə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "Azərpoçt"a maliyyə vəsaiti ayrılıb: "Bu qurumlara ilin sonunda da biz maliyyə yardımı etmişik. Bu qurumların maliyyə vəziyyəti ürəkaçan deyil". Nazirin sözlərinə görə, "Bakı Metropoliteni" QSC-yə gediş haqqı real istismar xərclərini ödəmədikdə dövlət tərəfindən dotasiya verilib.

Samir Şərifov qeyd edib ki, "Azəristiliktəchizat" ASC-də də həmin cəmiyyət üçün müəyyən edilən tariflər onun real istismar xərclərini ödəmədikdə faktiki olaraq dövlət tərəfindən bu şirkət subsidiyalaşdırılır: "Ötən il də müəyyən maliyyə yardımı göstərilib. Cari ildə də "Azəristiliktəchizat" ASC-nin maliyyə vəziyyəti ürəkaçan deyil. Bunu da etiraf etmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31