İpoteka Fondunun inzibati binası siğortalanacaq
22 Aprel 2013 15:47 İqtisadiyyat"AtaSığorta" ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun inzibati binasının və inzibati binada yerləşən əmlakının sığortalanması ilə bağlı keçirilmiş açıq tenderdə qalib elan edilib. "OLAYLAR"-a daxil olan məlumata görə, şirkət bu uğurunu korporativ və fərdi müştərilərlə yanaşı dövlət təşkilatlarının "AtaSığorta" ASC-yə olan yüksək etibarının təsdiqi kimi qiymətləndirir. Qeyd edək ki, "AtaHolding" Sirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31