Yay aylarında xarici ölkələrə səfərə gedə biləcəyik? – RƏSMİ AÇIQLAMA
20 May 2020 14:45 İqtisadiyyatQurum rəsmisi Vasif Əliyev sözügedən məsələnin müzakirəsinə iyun ayında başlanılacağını bildirib.
"Artıq iyun ayından etibarən Azərbaycanın xarici ölkələrlə sərhədlərini açması və vətəndaşlara turistik səfərlərə icazə verilməsi məsələsi müzakirə olunacaq. Lakin vətəndaşların gedəcəyi ölkə və həmin ölkədəki pandemiyanın vəziyyəti vacibdir. Məsələn, İtaliya turistik ölkədir, iqtisadiyyatı tam turizm üzərində qurulub. Bu baxımdan İtaliya iqtisadiyyatı bərpa etmək məqsədi ilə turizm sezonunu açmaq niyyətindədir.
Ancaq Azərbaycanda turizmin açılması ölkə iqtisadiyyatını dirçəltməklə yanaşı, insanlanların sağlamlığını təhlükə altına qoya bilər. Azərbaycan vətəndaşlarının gedəcəyi ölkədəki pandemiyanın vəziyyətindən asılı olaraq yaxın günlərdə müzakirə aparılıb qərar veriləcək. Lakin hər hansı bir ölkəyə gedən vətəndaşlarımız qayıtdıqdan sonra karantində saxlanılmalıdır. Bu baxımdan turistik səfərin həmin vətəndaşın işinə hansı formada yarayacağı da başqa bir məsələdir"- deyə, V.Əliyev qeyd edib.