Ziya Bünyadov pr-nə 20 Yanvar dairəsindən giriş müvəqqəti məhdudlaşdırılır
15 May 2020 17:22 İqtisadiyyatAparılacaq təmir işləri ilə əlaqədar olaraq 16 və 17 may tarixlərində Ziya Bünyadov prospektinə 20 Yanvar dairəsi istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə məlumat "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki, alternativ olaraq sürücülər Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31