KOB-ların satış imkanları genişləndirilir
Pandemiya dövründə elektron ticarətə (E-commerce) artan tələb, KOB-ların onlayn satış sahəsində proqram təminatı barədə məlumatlandırmaya ehtiyacı nəzərə alınaraq İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfindən bu mövzuda onlayn tədbir keçirilib
14 May 2020 10:54 İqtisadiyyatPandemiya dövründə elektron ticarətə (E-commerce) artan tələb, KOB-ların onlayn satış sahəsində proqram təminatı barədə məlumatlandırmaya ehtiyacı nəzərə alınaraq İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfindən bu mövzuda onlayn tədbir keçirilib. "Olaylar" xəbər verir ki, KOBİA-nın "Facebook" səhifəsi vasitəsilə birbaşa yayımlanan onlayn tədbirdə "Logix" şirkətinin rəhbəri Sakit Səmədov elektron ticarətin əhəmiyyəti, daha az xərclə elektron satış platformasının yaradılması və bu sahədə yerli şirkətlər tərəfindən təklif olunan proqram təminatı barədə kiçik və orta biznes nümayəndələrinə məlumat verib, onları maraqlandıran suallar cavablandırılıb.