Marketlərdən mal alarkən diqqətli olun!
11 İyun 2012 17:01 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Xətai rayonunda - M.Hadi ilə X.Məmmədov küçələrinin kəsişməsində, məhəllə 2944A ünvanında yerləşən "Real market"də saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir.
Xətai rayonunda -Şirvani küçəsi, ev 5, məhəllə 2317 KE1724 ünvanında yerləşən "Aləvi market"də; -Telnov küçəsi, ev 2 ünvanında Əli Quliyevə məxsus mağazada; -Əhmədli qəsəbəsi, Şirvani küçəsi, ev 12 ünvanında Eyvaz İsmayılova məxsus mağazada; -X.Məmmədov küçəsi, məhəllə 2942A ünvanında Ramin Qulamova məxsus mağazada; -M.Hadi ilə X.Məmmədov küçələrinin kəsişməsində, məhəllə 2944 ünvanında yerləşən "Yeni market"də; -Əhmədli qəsəbəsi, M.Rüstəmov küçəsi, ev 77 ünvanında Elşən Həsənzadəyə məxsus mağazada; -M.Hadi və X.Məmmədov küçələrinin kəsişməsində, məhəllə 2944A, ev 2 ünvanında yerləşən "Məhəllə market"də; Xəzər rayonunda -Şüvəlan qəsəbəsi, Şimal Dres ünvanında yerləşən "Mayak market"də; -Mərdəkan qəsəbəsi, Bağ sahəsi, ev 1016B/36 ünvanında yerləşən "Məryəm market"də; Nəsimi rayonunda -Moskva prospekti, ev 52 ünvanında yerləşən "Yaşıl market"də saxlama müddəti ötmüş malların satıldığı və satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir. Xəzər rayonunda -Mərdəkan qəsəbəsi, Primorski stansiyası ünvanında yerləşən "Arzu restoran"da normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir. Şabran şəhərində -Nizami küçəsində Sevda Məcidovaya məxsus mağazada; Abşeron rayonunda -Xırdalan şəhərində, Z.Əliyeva küçəsi, 21-ci məhəllədə Seymur Cahangirova məxsus mağazada; Oğuz rayonunda -Kərimli kəndində Çilxan İbrahimova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyənləşdirilmişdir. Ağcabədi rayonunda -H.Əliyev prospektində Əkrəm Hüseynova məxsus mağazada; Gəncə şəhərində -Atatürk prospekti 195 ünvanında Dilarə Əlimərdanovaya məxsus mağazada; -Gəncə-Yevlax yolunda yerləşən "Gəncə şəhər Kooperativ Cəmiyyəti"nə məxsus 6 saylı mağazada isə saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilmişdir. Ümumilikdə, monitorinqlər zamanı 263 kq ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.